Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI

Nəqliyyat ekspert Rauf Ağamirzəyev Bakının sənaye və dəmir yolu tarixində mühüm yer tutan müəssisələrdən biri – Bakı Vaqon Təmiri Zavodu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Avtosfer.az xəbər verir ki, ekspert tarixi zavodun keçdiyi inkişaf yoluna diqqət çəkərək, bu sənaye obyektinin qorunmasının vacibliyini vurğulayıb.
Rauf Ağamirzəyevin sözlərinə görə, Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən zavod 1892-ci ildə neft avadanlıqlarının təmiri emalatxanası kimi fəaliyyətə başlayıb. Zamanla müəssisə genişlənərək Azərbaycanın dəmir yolu sisteminin əsas dayaqlarından birinə çevrilib.
Qeyd olunub ki, burada neft sənayesi üçün müxtəlif avadanlıqlar istehsal edilib, parovozlar və vaqonlar təmir olunub, neftdaşıma sisternləri yenidən istismara qaytarılıb. XX əsrin mürəkkəb və çətin dövrlərində zavod təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyıb. Müharibə illərində müəssisənin istehsal gücü cəbhənin ehtiyaclarına istiqamətləndirilib.

Ekspert bildirib ki, müharibədən sonrakı mərhələdə isə zavod əsasən neftdaşıma sisternlərinin və vaqon təkər cütlərinin təmiri ilə ölkənin nəqliyyat təhlükəsizliyinə və dayanıqlılığına mühüm töhfə verib.
Rauf Ağamirzəyev paylaşımında vurğulayıb ki, bu gün “sənaye irsi” anlayışı məhz belə müəssisələrin fəaliyyəti və tarixi ilə formalaşıb. Onun fikrincə, Bakı yalnız memarlıq abidələri ilə deyil, eyni zamanda istehsal və mühəndislik ənənələri ilə də tarix yazıb.
Ekspert hesab edir ki, keçmişin möhkəm təməli üzərində gələcəyin nəqliyyat sistemi qurulur və bu cür tarixi sənaye binalarının qorunması ölkənin nəqliyyat tarixinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, belə obyektlərin mühafizəsi dərin köklərə malik ənənələrə verilən dəyərin və tarixə hörmətin göstəricisi olardı.
Eltac Zülfüqaroğlu
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












