Bakı və Astana nəqliyyatda yeni mərhələyə keçir - Orta Dəhlizin dəniz “qapı”sı - FOTO

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Avtosfer.az-a bildirilib ki, əvvəlcə DDLA-nın fəaliyyətinə dair təqdimat olub.
Agentliyin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov ölkələrimiz arasında nəqliyyat sahəsində əlaqələrin inkişafından danışıb. Qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu hər iki dövlətin əməkdaşlığının genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələndirici rol oynamasına imkan yaradır.
Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepov Orta Dəhliz çərçivəsində əməkdaşlıq və dəniz nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələləri xüsusilə vurğulayıb. Bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir. Orta Dəhlizin inkişafında ölkələrimizin rolu və fəaliyyəti böyükdür.
Qonaqlar axtarış-xilasetmə üzrə məlumat toplanması prosesinin təşkili, gəmilərin hərəkətinin uzaq məsafədən tanınma və izlənmə sistemi, gəmilərin hərəkətinin idarə olunması və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmini ilə bağlı Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.
Görüşdə dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçün istifadəyə verilən “My Cabinet” platforması, vahid informasiya sistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialının gücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrası, dəniz limanlarının fəaliyyətinin dövlət tənzimlənməsi, dənizdə, gəmilərdə baş vermiş qəzalar, liman dövlət yoxlamaları, təsnifat cəmiyyətlərinin fəaliyyəti, gəmilərin dənizi çirkləndirməsinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.
Sonda Qazaxıstanın nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.

ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












