Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə H.Allahverdiyevanın mövqeyini öyrənmək mümkün olmayıb. Çünki o, danışmaqdan imtina edib.
H.Allahverdiyevanın hüquqi varisi kimi onun həyat yoldaşı tanınıb. O, arvadının 2014-cü ildən psixi xəstəliyinin olduğunu və müalicə aldığını söyləyib.
O deyib ki, həyat yoldaşı gözəllik salonunda xadiməçi işləyib və onun kimlərəsə qarşı dələduzluq etməsindən xəbərsiz olub. Daha sonra məhkəmədə zərərçəkmiş Sədayə Xəlilova ifadə verib. O bidirib ki, H.Allahverdiyeva ilə eyni salonda çalışıb və ona 347 min manat pul verib: "Həmin pulun 47 mini qızıl kimi almışam. İndi Hicran özünü xəstəliyə vurub, amma elə deyil. O, salonda xidmətçi olmayıb, "resepşn" idi. Salonda bütün işləri də Hicran həll edirdi".
S.Xəlilova vurğulayıb ki, H.Allahverdiyeva pulu salonun sahibi Ağa Məmmədovun adı ilə alaraq, təbii bitkilərdən dərmanlar hazırlayan şirkətlər açacaqlarını deyib.
Digər zərərçəkmiş Lətifə Tapdıqova ifadəsində söyləyib ki, 6500 manat zərər görüb. O, H.Allahverdiyevanın işlədiyi salonun yerləşdiyi küçəni süpürdüyünü bildirib: "Özünü mənə namaz qılan kimi tanıdıb, inandırdı".
Zərərçəkmiş Afət Rəhimova məhkəmədə dindirilən zaman H.Allahverdiyevaya 65 min manat pul verdiyini söyləyib: "Pulu təbii bitkilərdən dərman hazırlanacaq şirkətin açılması üçün vermişdim".
Məhkəmə iclası iyunun 27-də davam etdiriləcək.
Qeyd edək ki, ittihama görə, H.Allahverdiyeva Bakıda şirkət yaratmaq adı ilə 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.
Daha əvvəl bu işlə bağlı eyni instansiyada hökm cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.
Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.
Bundan sonra məhkəmə qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçüm Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










