Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Bakıda baş verən güllələnmə hadisəsilə bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Xatırladaq ki, dekabrın 27-də axşam saatlarında Bakının Nizami rayonu. Keşlə qəsəbəsində Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxslər tərəfindən odlu silahla güllələnib.
T.Babayev 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib, A. Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










