Bakıda 20 milyon manata mülk satılır - VİDEO

Bakıda fantastik qiymətə mülklər satılır. Avtosfer.az-ın məlumatına görə, mülklərin qiyməti nə az, nə çox, düz 20 milyon manatadır. Geniş həyəti və şəhər mərkəzinə yaxın yerdə olan dəbdəbəli mülklərin qiyməti təxminən 3 milyon manatdan başlayır. Əmlak üzrə ekspert Ramin Osmanlının sözlərinə görə, təmtəraqlı mülklərə olan maraq son illərdə geniş yayılıb. Bahalı mülklər isə əsasən şəhərin mərkəzinə yaxın yerlərdə satışa çıxarılır. Qiyməti baha olsa da, belə evlərin alıcıları da var. Mülklərin qiymətinə təsir edən əsas amillərdən biri həyətyanı sahəsinin genişliyi və istirahət üçün yaradılan şəraitdir. Həyəti hektarlarla olan mülklərə isə daha çox şəhərkənarı ərazilərdə rast gəlmək mümkündür. Son zamanlar Azərbaycanda əmlak sahəsinə ərəblərin də yatırım etməsi bu sahəni canlandıran səbəblərdəndir. Ekspertlərin sözlərinə görə, hazırda çox az bir qisim xarici vətəndaş mülk aldığı üçün evlərin qiymətlərinə elə də ciddi təsir etməyəcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












