Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 210 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Sərvər Şeyxovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişlərin qaldırdığı mülki iddia da təmin olunub. Qeyd edək ki, S.Şeyxov Bakıda 2 vətəndaşa ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manatlıq dələduzluq edib. Həmin şəxslərə nə istintaq dövründə, nə də məhkəmədə dəymiş zərər ödənilməyib.
S.Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, o, bundan qabaq da dələduzluq əməli ilə məhkumluq həyatı yaşayıb. S.Şeyxov "Şatl" MMC-nin təsisçisi olub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












