Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişib - SXEM

Bakıda 59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətinə dəyişiklik edilib. Bu barədə Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Belə ki, 59 nömrəli marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib. Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (“28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava-metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.
108 nömrəli marşrut xətti Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla, “108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.
159 nömrəli müntəzəm marşrut xəttinin isə vətəndaş müraciətlərinə əsasən (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçəsləri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.
Dəyişikliklər martın 21-dən tətbiq ediləcək.
Fidan
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO














