Bakıda 56 qadından oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda 56 qadından oğurluq edən Gülnarə Novruzovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası noyabrın 12-nə təyin edilib. Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən qadın ifşa edilib. Belə ki, ötən il iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən G.Novruzova Şirvan şəhəri ərazisində tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib. Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan G.Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan əlavə tədbirlərlə onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması da müəyyən edilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilib. Xatırladaq ki, əvvəllər məhkum olunmuş G.Novruzova bu cinayətə kimi dəfələrlə oğurluq üstündə tutulsa da, hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçmək mümkün olmayıb. Cinayət işi üzrə 56 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin şəxslərin hamısı qadınlardır.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








