Bakıda 6 saatın içində evdən dollar, avro, qızıl-zinət əşyalarını daşıyıblar

Suraxanı rayonunda naməlum şəxslər Bakı sakininin evindən külli miqdarda pul aparıblar. Avtosfer.az sputnik.az-a istinadən bildirir ki, bu barədə Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. Oğurluğun qurbanı Qaraçuxur qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Qurbanzadə Vasif Zahid oğlu olub. Dekabrın 1-də ev sahibi cəmi 6 saat evdə olmayıb. Bu müddət oğruların evə girməsi və evi qarət etməsi üçün kifayət edib. Cinayətkarlar açar seçmə üsulu ilə mənzilin qapısını açaraq içəri daxil olublar. Onlar evdən 36 851 ABŞ dolları, 300 avro евро, 620 manat və 7 min manat dəyərində qızıl-zinət əşyalarını aparıblar. Hələlik oğurluq faktı ilə bağlı heç kəs saxlanılmayıb. Lakin əməliyyatçılarda bəzi ip ucları var və tezliklə cinayətin üstü açılacaq.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












