Bakıda 80 min manatlıq dələduzluqda təqsirləndirilən qadına bəraət verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, D.Əhmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sona təqsirləndirilən vəkili Ülkər Yusifova müdafiə çıxışı edib. O, müvəkkilinin barəsində verilən ittihamların heç bir əsasının olmadığını və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə D.Əhmədova barəsində bəraət hökmü çıxarıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb.
İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 mim manata satıb. Lakin o, pulu aldıqdan sorra həmin evi başqa şəxsə də satıb.
Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.
Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum edilib.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












