Bakıda ağaclar maşınların üstünə aşdı – FOTOLAR

Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub: "Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb”.
Şöbə rəisi qeyd edib ki, qurum ötən gecədən etibarən gücləndirilmiş iş rejiminə keçib: "Bitkilərin mühafizəsi idarəsinin 30-a yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçib. Onlar ötən gecədən iş başındadırlar”.
Qeyd edək ki, aşan ağacların bir neçəsi yaxınlıqda park edilən avtomobillərə də ziyan vurub.
***
Bakıda əsən güclü külək nəticəsində ağaclar avtomobilin üstünə aşıb. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Belə ki, maşın saxlandığı ərazidə ağac qırılaraq onun üstünə düşüb. Hadisə zamanı avtomobilə ziyan dəyib. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. ETSN-dən verilən məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.
Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur - VİDEO
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI - FOTO
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO













