Bakıda ana və atasını döyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və anasını döyməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Natiq Piriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, N.Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı N.Piriyev ana və atasını öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib. Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər. Zərərçəkmiş qismində çıxış edən N.Piriyevin anası Kəmalə Quliyeva deyib ki, oğlu narkomandır, nə etdiyini bilmir: "Dəfələrlə onu müalicəyə göndərmişik. Əlimizdən gələni etmişik, bu yoldan çəkindirməyə çalışdıq. Bir valideyn kimi əlimizdən gələn hər şeyi etdik. Amma olmadı, bir cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq bacara bilmirik". N.Piriyev daha əvvəl narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb. Məlumata görə, N.Piriyev dəfələrlə özünə xəsarətlər yetirib, qollarına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyyəsinin kəsərək özünə xəsarət yetirib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












