Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs tutuldu – FOTO

Xətai Rayon Polis İdarəsinə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəridəki kassadan 1200 manatın oğurlanması barədə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib obyekt sahibinin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Abdulrəhman Dadaşov qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və mağazalardan da silsilə oğurluqlar etdiyi məlum olub.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Emin
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ















