Bakıda avtobus biabırçılığı davam edir - VİDEO

Bakıda sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedir. Özü də bir ayaq üstündə. Avtosfer.az xəbər verir ki, görüntü səhər saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində şahidlərdən biri tərəfindən çəkilib. Sözügedən qəsəbədən ''Koroğlu'' metrostansiyası yaxınlığındakı mübadilə mərkəzinə gələn 172 saylı avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib.
Sürücü həddindən artıq sərnişin mindirdiyindən avtobusun qapısı bağlanmayıb. Nəticədə sərnişinlər avtobusun qapısından sallaşaraq bir neçə kilometr belə gediblər. Həmin vaxt isə qapıdan sallaşanlardan biri avtobusun pilləkənlərində yer olmadığından yalnız bir ayaq üstündə durub. Bu isə vəziyyətin nə qədər təhlükəli olmasından xəbər verir.
Marşruta cavabdeh olan sahibkarın verdiyi məlumata görə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Belə olduqda da görünən mənzərə yaşanır. O ki qaldı qayda pozan sürücüyə, o, cəzalandırılacaq.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, belə faktlarla bağlı agentliyə məlumatlar daxil olur. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilir. Əgər belə fakt bir daha sözügedən xətdə yaşanarsa, bununla bağlı ciddi tədbir görüləcək.
Bu arada onu da qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri yol polisi tərəfindən aşkar edildikdə, onlar 3 bal və 60 manat miqdarında cərimə edilirlər.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










