Bakıda avtobus dayanacaqlarının zəbt edilir

Bu gün Bakıda piyada səkiləri ilə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir. Avtosfer.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır. F.İsmaylov bildirib ki, bir neçə gün öncə Xətai rayonunda da belə bir problem meydana çıxmışdı: “Dovlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən vacib tapşırıqlarından biri də piyadaların təhlükəsizliyini təmin etməkdir və biz bütün aidiyyəti qurumları birgə koordinasiya şəklində bu işləri görməyə dəvət edirik”. BNA-nın mətbuat katibi Mais Ağayev isə bildirib ki, Xətai rayonundakı problem qismən öz həllini tapıb və dayanacaq məntəqəsi ətrafında quraşdırılmış hasarlar sökülüb, hazırda isə dayanacaq pavilyonuna dəymiş zərər aradan qaldırılır. O əlavə edib ki, Binəqədi rayonunda dayanacağın zəbt edilməsinin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti ilə birgə iş aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












