Bakıda avtobus parkı yenilənir: Mövcud problemlər həllini tapır?

Bu gün avtobus parkının 2160 ədəd təşkil etdiyi deyilir. Amma Bakı şəhərinə 2800 avtobus lazımdır. Digər tərəfdən, sözügedən 2160 avtobusun hazırda 1000-i istismara yararsızdır".
Bunu ekspert Elməddin Muradlı deyib.
Ekspert bu gün reysdə olan avtobusların çox bərbad vəziyyətdə olduğunu bildirib:
"Onları da məcburən istismar edirik, əslində, belə avtobuslar reysdən çıxarılmalıdır. Lakin bunu etmirlər. Çünki onları əvəz edən başqa bir avtobus yoxdur. Belə bir vəziyyətdə ictimai nəqliyyatın strategiyasından danışırıq. Ümid edirik ki, həllini tapacaq".
Elməddin Muradlı vurğulayıb ki, sözügedən problemlərin həlli qəlizdir:
"Bu sahədəki problemləri həll etmək iradəsi mövcuddur. Artıq dövlət proqramı artıq təsdiqlənib. Proqramda da açıq şəkildə göstərilir ki, ictimai nəqliyyat inkişaf etməlidir. Bakını tıxacdan xilas etməyini yeganə yolu ictimai nəqliyyatın inkişafından keçir. Digər alternativ vasitələr də var ki, onları da zaman-zaman həll etmək lazımdır. Bunlar həll olunsa, ümumi vəziyyət yaxşı ola bilər. Amma indiki halda böyük problemlər yaşayırıq".
Elməddin Muradlının sözlərinə görə, Bakı şəhərində elə bir adam yoldur ki, tıxacın mənfi təsirlərini həyatında hiss etməsin:
"Vaxt kimi insanların da ömrü gedir. Bu problem də öz həllini tapmır".
Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev mətbuata müsahibəsində bildirib ki, avtobus parkı hazırda rekord həddə - 2160 ədədə çatıb: "Yaxın gələcəkdə bu rəqəmi 2500 avtobusa çatdırmaq niyyətindəyik".
(qaynarinfo)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












