Bakıda avtobus sürücüləri kütləvi şəkildə cərimənir – Bir saata 70 protokol

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının avtobus sürücülərini kütləvi cərimələməsi sürücülərdə böyük narazılıq yaradıb. Avtosfer.az-a bir qrup sürücü müraciət edərək bildirib ki, mayın əvvəlindən etibarən yol polisi daha əvvəl qərarsız olan elektron protokolların hamısını onların sürücülük vəsiqəsinə yazır. Hər hansı marşrut xətti üzrə nə qədər qərarsız protokollar varsa bir sürücünün sənədinə yazılır. Hətta bəzi sürücülərə bir neçə dəqiqə ərzində 60-70 protokol yazılıb. Sürücülər bildirirlər ki, onların təyin olunmuş cəriməni ödəməsi mümkün deyil. Digər tərəfdən, bir sürücüyə 60-70 protokol yazmaq o deməkdir ki, həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılacaq. Çünki bu cür cərimələrin əksəriyyətində bal nəzərdə tutulur. Qanuna görə, 20 və daha artıq bal toplayan şəxsin sürücülük hüququq məhdudlaşdırılır.
Onların bildirdiyinə görə, bəzi hallarda yol polisi özü müəyyən ərazilərdə qaydalardan çıxmağa şərait yaradıb: “Bəzi yerlərdə dönmək mümkün deyil. DYP də bilir ki, biz orada qadağan edilmiş yerdən dönməyə məcburuq. İndi belə addım atmaları nə qədər düzgündür?”.
Bildirilir ki, DYP əməkdaşları demək olar ki, bütün xətlər üzrə kütləvi cərimələmə və MMX protokollarının yazılmasına başlayıb. Yol polisinin avtobusları kütləvi şəkildə cərimə meydançalarına aparması yollarda avtobus çatışmazlığına səbəb olub. Bəzi xətlər üzrə hətta sərnişinlər yollarda qalıb.
Maraqlıdır ki, avtobusların kütləvi cərimələnməsi də məhz sərnişinlərlə bağlıdır. Belə ki, Bakıda xeyli avtobus dayanacağının ləğv edilməsi və yenilərinin təyin edilməməsi sürücüləri çətin vəziyyətdə qoyub. Bir çox hallarda köhnə dayanacaq yerlərində sərnişin düşürüb-mindirən sürücülərə çoxsaylı protokollar tərtib edilir.
Sürücülər məsələ qarşısında aciz qaldıqlarını, bu böhranın davam edəcəyi təqdirdə Bakıda sərnişindaşıma ilə bağlı ciddi problemlərin yarana biləcəyini deyibər.
Sürücülər bu məsələnin tezliklə qaydaya salınmasını, müvafiq qurumarın problemlə bağlı razılıq əldə etməsini xahiş edir.
Emin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












