Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO

Bakıda sərnişinlə dolu avtobus qapısı açıq şəkildə idarə olunur. Həm arxa, həm də ön qapıdan sərnişinlər sallaşaraq gedirlər. Avtosfer.az-ın məlumatına görə, görüntülər Bakıda, Ziya Bünyadov prospektində çəkilib. Kadrlardan aydın olur ki, sərnişindaşıma qaydaları 71 saylı xəttə məxsus 90-BK-864 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü tərəfindən pozulur. Həmin avtobuslar metronun "Koroğlu" stansiyası yaxınlığından "Azadlıq" stansiyasının yaxınlığına sərnişin daşıyırlar. Sözügedən avtobusların sürücüləri etiraf edirlər ki, xüsusən pik saatlarda sərnişin sayı çox olduğundan bəzən belə mənzərələr yaranır. Sözügedən xəttin dispetçeri Tərlan Ələkbərov deyir ki, həmin görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, əvvəllər də bu kimi problemlə üzləşiblər. Ona görə də sərnişin sıxlığı nəzərə alınaraq avtobusların sayı artırılıb, interval isə 5 dəqiqəyə endirilib. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda polisə məlumat verməlidirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












