Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər - VİDEO

İçərisi sərnişinlə dolu olmasına baxmayaraq, sürücü avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib. Avtosfer.az xəbər verir ki, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb. Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, daha da sürətli sürəcəyini deyib.
Görüntülər paytaxtdan Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusda çəkilib. Dövlət qeydiyyat nişanı 90-VU-141 olan avtobusun sürücüsü üzü hava limanı istiqamətində hərəkətdə olarkən sözün əsl mənasınada sərnişinlərə qorxulu anlar yaşadıb.
Məsələ ilə bağlı sözügedən avtobusların xətt nəzarətçisi Namiq Quliyev isə bildirib ki, həmin sürücü şirkət tərəfindən cəzalandırılacaq.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsini bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılacaq. Sözügedən ünvanda kameralara baxış keçiriləcək. Sürücünün yol hərəkəti qaydasını pozması təsdiqini tapsa, həmin sürücü qanuna müvafiq cəzalandırılacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












