Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı

Son illər paytaxt Bakıda ictimai nəqliyyatın hərəkətini sürətləndirmək məqsədilə bir sıra yollarda avtobus zolaqları yaradılıb. Bu zolaqların tətbiqində əsas məqsəd avtobusların tıxacdan kənar hərəkətini təmin etmək, sərnişinlərin vaxt itkisini azaltmaq və ictimai nəqliyyatdan istifadəni daha cəlbedici etməkdir. Lakin avtobus zolaqlarının artırılması və daha effektiv olması üçün əlavə tədbirlər də görülə bilər.
Nəqliyyat eksperti Eldəniz Cəfər Avtosfer.az-a açıqlamasında bildirib ki, avtobus zolaqları yeni tətbiq olunmağa başlayanda cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Çünki zolaqlar hələ şəhərimizə tam uyğunlaşmamışdı:

"Həmçinin avtobus zolaqlarının statusu da aydın deyildi. Zaman keçdikcə isə artıq bu zolaqların, yəni ictimai nəqliyyat üçün təşkil olunmuş xüsusi zolaqların effektivliyini görürük. Hazırda biz özümüz də ictimai nəqliyyatın avtobus seqmentindən istifadə edərkən bunun nə qədər effektiv olduğunu müşahidə edə bilirik. Çünki Bakı bildiyiniz kimi, avtomobil sıxlığının yaşandığı bir şəhərə çevrilib. Belə olan halda avtobus zolaqları insanların köməyinə çatır. Bu zolaqlarla bağlı müəyyən qaydalar tətbiq olunur və həmin zolaqlarda sıxlıq yaranmır. Nəticədə avtobuslar bir nöqtədən digər nöqtəyə rahatlıqla hərəkət edə bilirlər. Həm də avtobus zolaqlarının çəkilməsi insanların ictimai nəqliyyata olan marağını artırır. Məsələn, fərq orda hiss olunur ki, əgər fərqli nəqliyyat vasitəsilə tıxaclı yollarda avtomobillə hərəkət etmək çətindirsə, avtobus zolağı olduğuna görə avtobus zolağı ilə hərəkət edirsənsə daha tez çatırsan. Bu, özü də yaxşı göstəricilərdən biridir. Avtobus zolaqlarının sayı getdikcə artacaq. Hazırda Bakı şəhərində geniş irimiqyaslı təmir-tikinti, abadlıq işləri həyata keçirilir, yeni yollar düzəldilir. Yol infrakstukruru yenidən təşkil olunur. Bu proseslə paralel olaraq avtobus zolaqları artırılacaq”.
Fatimə Dadaşova
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO












