Bakıda avtobusların hərəkətinə mane olan sürücülər - FOTO + VİDEO

Bakıda nəqliyyatın hərəkətinin sıx olduğu, günün müxtəlif vaxtlarında tıxacların yarandığı əsas yerlərdən biri də Mərkəzi Bankın ətrafındakı küçələrdir. Bu ərazidə, xüsusi ilə Füzuli küçəsinin Süleyman Rüstəm və Rəşid Behbudov küçələri ilə kəsişmələrinin ətrafında avtomobillərin avtobus dayanacaqlarının yerini zəbt etməsi, sarı xəttin tələbini pozaraq saxlanılması halları çox yaşanır. Bu səbəbdən də iritutumlu avtobusların dayanacağa yaxınlaşıb sərnişinləri düşürüb-götürməsi çətinləşir, tıxac səbəbindən intervalda dəyişiklik olur. Bəzi hallarda isə sərnişinlər avtobus sürücülərindən dayanacaqdan kənarda saxlamasını tələb edir, bununla razılaşan sürücü isə yol polisi tərəfindən cərimələnir.
Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-a müraciət edən sakinlər həmin ərazidəki vəziyyəti əks etdirən fotolar göndəriblər. Fotolardan və videogörüntüdən məlum olur ki, Mərkəzi Bankın arxasındakı və kənarlarındakı küçələrdə iritutumlu avtobusların hərəkəti yolun hərəkət hissəsini və avtobus dayanacaqlarının ərazisini zəbt etmiş avtomobillər səbəbindən çox çətinləşib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, paytaxtın mərkəzində yol-hərəkətinin təhlükəsizliyi müşahidə kameraları və səyyar polis naryadları tərəfindən təmin edilir. İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, kimliyindən asılı olmayaraq yol hərəkət qaydalarının pozmuş bütün sürücülər inzibati məsuliyyətə cəlb edilir: “Həmçinin avtobus duracağının zəbt edilməsinə görə cərimə nəzərdə tutulub və həmin minik abtomobillərinin sürücüləri də məsuliyyətə cəlb edilir”.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












