Bakıda avtobusun qarşısını kəsən şəxs: “Peşmanam”

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçiriblər. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Komitədən məlumat verilib. Monitorinqdə komitə sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib. Monitorinqin məqsədi saxlanılan şəxslərin vəziyyəti ilə tanış olmaq olub. Komitədən bildirilib ki, monitorinq zamanı hər hansı neqativ hala rast gəlinməyib, təcridxanada bütün tələblərə əməl olunur. Monitorinq zamanı 11 saxlanılan şəxslə görüş keçirilib. Onların saxlanma şəraitindən şikayətləri olmayıb. Monitorinq iştirakçıları bir neçə gün öncə, Bakının Nərimanov rayonu, Xətai prospektində 199 saylı marşrut avtobusunun qarşısını kəsdiyinə görə 30 sutka həbs edilən Quba rayon sakini Nəbi Ağayevə də baş çəkiblər. N.Ağayev hadisəni içkili vəziyyətdə törətdiyini, hadisədən peşmançılıq çəkdiyini bildirib. O, təcridxanadakı rəftardan razı qaldığını qeyd edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












