Bakıda avtomobil oğruları saxlanılıb

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb. Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami rayon Polis idarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












