Bakıda "avtoş"luq edərək yol polisinin videosunu çəkən sürücü həbs edildi – FOTO

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı "BMW" markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücünü müşayət edərək təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb. Sürücü izahatında həqiqətən də yol hərəkət qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ay ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar videogörüntülər vasitəsilə sübuta yetirilib və o, məhkəmə qərarı ilə 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.
Yol polisi bütün sürücülərə tövsiyə edərək bu cür əməllərdən çəkinməyi, özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamağı tövsiyə edir.
Namiq
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI















