Bakıda azyaşlı oğlanı zorlayan şəxsə 14 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Məmmədov 14 il azadlıqdan məhrum edilib. İttihama görə, Bakı şəhər sakini H.Məmmədov qonşusu 12 yaşlı oğlanı aldadaraq, qonşuluqda yerləşən heç kim yaşamayan sahəyə aparıb hədə-qorxu gələrək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Uşağın valideynlərinin şikayəti əsasında H.Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












