Bakıda bağlanan yollar nə vaxt açllacaq? - Dəqiq tarix bilindi - VİDEO

''Formula-1 Azərbaycan Qran-Prisi'' ilə əlaqədar bağlanan küçə və prospektlərdə hərəkət yaxın günlərdə bərpa ediləcək. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Qeyd edək ki, Formula-1 yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xaqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.
''Formula 1''-lə bağlı istiqamətini dəyişən avtobuslar da əvvəlki rejimə qayıdır. İctimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar əvvəlki rejimdə fəaliyyət göstərəcəklər. Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, avtobusların hərəkəti həmin yollarda mayın 1-dən etibarən açılacaq.
Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə avtobuslar da 1 may tarixindən sərnişinlərə xidmət göstərəcək.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yolların açılmasına bu gündən start veriləcək. Lakin Nazirlər Kabinetinin qərarına əsasən, mayın 1-dən açılmasına start veriləcək yollarda hərəkətin tam bərpa edilməsi təxminən 3 gün çəkəcək. Bundan sonra ictimai nəqliyyatın da hərəkəti əvvəlki qaydada təmin olunacaq.
Emin
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










