Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb – VİDEO

Ötən gün Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza anbaan bir mağazanın müşahidə kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, qatar avtobusu vurduqdan sonra bir neçə metr sürüyür. Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 34 nəfər xəsarət alıb. 13 yaşlı məktəbli Yusif Dadaşzadə xəstəxanaya gətirilərkən yolda, 56 yaşlı Əliyev Şakir isə xəstəxanada dünyasını dəyişib. Hazırda yaralılardan ikisinin vəziyyəti ağırdır. 160 saylı avtobusların aid olduğu daşıyıcı şirkət Ayşən MMC-nin nümayəndəsi Zabil Hüseynov iddia edir ki, qəza zamanı dəmir yolunun şlaqbaumu açıq olub. Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobusa quraşdırılan GPS sistemi vasitəsi ilə bəzi məlumatlar əldə edilib. Məlum olub ki, qəza baş verən an avtobusun hərəkət sürəti 10-12 km saat sürətdən artıq olmayıb. Agentikdən o da bildirildi ki, dəmir yolu xətti ilə bağlı təhlükəsiz tədbirləri də qənaətbəxş olmayıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən isə bildirildi ki, sosial şəbəkələrdə paylaşılan görüntülər həddindən artıq keyfiyyətsizdir. Buna görə də, görüntülərdən konkret olaraq şlaqbaumun açıq və ya bağlı olması aydın görünmür. O da bildirildi ki, qəza zamanı həmin ərazidəki işıqfor işlək vəziyyətdə olub. Üstəlik, qatar kəsişməyə yaxınlaşarkən bir neçə dəfə həyəcan siqnalı verib. Bütün bunlara baxmıyaraq, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyati orqanlara ərazidəki kameralardan daha keyfiyyətli görüntülərin əldə olunması üçün müraciət edilib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, avtobusun sürücüsü Elxan Şirəliyev tibbi müayinədən keçirilən zamanı sürücü ağrı kəsmə məqsədi ilə dərman atdığını və həmin dərmanın təsirində olduğunu etiraf edib. Vaqif Əsədov onu da bildirib ki, həmin sürücü hələ bir müddət bundan əvvəl törətdiyi yol-nəqliyyat hadisəsinə görə cəza çəkib. Sürücünün cəzası may ayında bitib. Bu tarixdən bir müddət sonra həmin şəxs şirkətdə sürücü kimi fəaliyyətə başlayıb. Bu arada, faktla bağlı başlanmış cinayət işi üzrə hadisə baş verən keçidin növbətçisi Qabil Fərrux oğlu Rzayev istintaqa çağırılaraq ifadəsi alınıb. Qabil Rzayev iş üzrə dindirildikdən sonra sərbəst buraxılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












