Bakıda betonqarışdıran maşın yola beton tökə-tökə gedir - VİDEO

Betonqarışdıran avtomobildən yola maye halında beton tökülür. Avtosfer.az bildirir ki, görüntülər paytaxtın Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsində çəkilib. Yoxuşlu yolda hərəkət edən betonqarışdıran maşından yolun hərəkət hissəsinə beton tökülür. Avtomobil bu şəkildə təxminən 50-60 metr gedir. ''99-KF-697'' dövlət nömrə nişanlı betonqarışdıran avtomobilin sürücüsü məsuliyyətsizlik edərək yol hərəkəti qaydasını pozur. Halbuki o, avtomobildən beton tökülən hissəni bağlaya bilərdi. Bununla da sürücü qaydaları kobud şəkildə pozaraq, digər sürücülər üçün həm qəza şəraiti yaradır, həm də yol təsərrüfatına xeyli ziyan vurur. Məsələ ilə bağlı ''Avtomobil Yolları Dövlət Agentliyi''nin mətbuat xidmətninin rəhbəri Anar Nəcəfli bildirdi ki, belə hallara paytaxt ərazisində tez-tez rast gəlinir. Yolların mühafizəsi əməkdaşları belə faktları aşkar edən kimi yola ziyan dəyməsin deyə təmizlik işçilərini həmin əraziyə cəlb edərək dərhal təmizləməyə çalışırlar. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirdilər ki, yol polisi də bu cür sürücülərə qarşı mübarizə aparır. Belə faktlar ən çox avtomobilə normadan artıq beton yüklənəndə baş verir. Bu cür fakt yol polisi tərəfindən aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500 və hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilirlər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












