Bakıda binadan nəcis dolu torba atdılar: Maşın yararsız hala düşdü – VİDEO

Bakıda şəhər sakininin avtomobili hündürmərtəbəli binadan atılan tullantıların zərbəsindən yararsız hala düşüb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanındakı binanın həyətində baş verib. Belə ki, avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binadan naməlum sakinlər tərəfindən içi tullantılarla dolu sellofan torbalar 99 PR 086 dövlət qeydiyyat nişanlı, “Chevrolet” markalı minik avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Avtomobilinin şüşəsinin sındığını görən sürücü sellofan torbaya baxış keçirərək onun içərisində quru heyvan nəcisinin olduğunu görüb. Sürücü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma aparılır.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












