Bakıda bir yolda 30-dan çox "tramplin": sürücülər narazıdır - VİDEO

Bakıda yolun hərəkət hissəsinə qanunsuz quraşdırılan 30-dan çox süni məneələr səbəbindən sürücülər problemlə qarşılaşmalı olurlar. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətinə alternativ olan yolda belə maneələr yaxınlıqda yaşayan sakinlər tərəfindən quraşdırılıb. Avtosfer.az-ın məlumatına görə, uzunluğu təxminən 1 kilometrdən çox olan bu yolda sürcülər hər 10-15 metrdən bir dayanıb, sonra yollarına davam etməli olurlar. Səbəb isə yolun hərəkət hissəsinə 30-dan çox süni maneələrin, yəni trampilinlərin quraşdırlmasıdır. Söhbət payaxtın Babək prospektindən, Şərq küçəsi və Şamil Kamilov küçəsi ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətinə gedən alternativ yoldan gedir. Ərazidə yaşayan bəzi sakinlər müsahibə verməslər də, şifahi olaraq bildirdilər ki, onlar bu süni maneələri avtomobillərin sürətlə hərəkət etməsinin qarşısını almaq üçün quraşdırıblar. Sürücülər isə yoldan istifadə edən zaman süni maneələrin avtomobillər üçün problemlər yaratdığını bildirirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin yolda süni maneələr vətəndaşlar tərəfindən qanunsuz olaraq quraşdırlıb. Yol polisi əməkdaşları əraziyə baxış keçirəcək və həmin süni maneələr sökülərək yolda sürücülərin avtomobilləri sürətlə sürməsinin qarşısını almaq üçün daha müasir avadanlıqlar quraşdırlacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












