Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident yaşandı

Gündəm 9 İyun 2018 23:47
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident yaşandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident yaşanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

 

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.

 

Oxunub : 1043
ŞƏRH YAZ
Ad

E-mail

Şərh