Bakıda daha bir avtobus dayanacağı zəbt edildi - FOTO

Bakıda daha bir avtobus dayanacağı zəbt edilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Avtosfer.az-a bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir: "2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar". Onun sözlərinə görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır: M.Ağayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq tədbir görüləcək: "Məsələ Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir".
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














