Bakıda daha bir ərazidə yeni yol çəkiləcək - Tıxacları aradan qaldıracaq - FOTO

Bakının nəqliyyat infrastrukturunda mühüm dəyişiklik vəd edən yeni avtomobil yolu layihəsi gündəmdədir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində çəkilməsi nəzərdə tutulan yeni yol artıq layihələndirmə mərhələsinə daxil olub.
Məlumata görə, söhbət 9-cu mikrorayon ərazisindən Biləcəriyə birbaşa çıxışı təmin edəcək yeni avtomobil yolundan gedir. Layihənin 2030-cu ilə qədər tam yekunlaşdırılması planlaşdırılır. Yolun tikintisinə isə Yeni Yasamal ərazisində Məhəmməd Xiyabani küçəsində inşa olunacaq tunelin tamamlanmasından sonra başlanacağı gözlənilir.
![]()
Yeni magistralın əsas məqsədi Bakı-Sumqayıt avtomobil yolundakı sıxlığı azaltmaq və şəhərin şimal-qərb istiqamətində nəqliyyat axınını balanslaşdırmaqdır. Bu yol istismara verildikdən sonra sürücülər üçün alternativ marşrut formalaşacaq və pik saatlarda yaranan tıxacların qarşısı qismən alınacaq.
Hazırda yolun dəqiq keçdiyi xətt açıqlanmasa da, iki əsas variant müzakirə oluna bilər. Birinci variant meşəlik ərazidə mövcud olan yolun davamında təpəlik hissədən keçməklə 9-cu mikrorayona yeni yolun çəkilməsidir. İkinci variant isə fərdi yaşayış evlərinin yerləşdiyi ərazidən yolun salınmasını ehtiva edir ki, bu halda bəzi tikililərin sökülməsi qaçılmaz ola bilər.
![]()
Qərarın hansı variant üzərində veriləcəyi layihələndirmə işlərinin yekun mərhələsində məlum olacaq. Hər iki halda, yeni yolun paytaxtın nəqliyyat xəritəsində əhəmiyyətli rol oynayacağı və şəhərdaxili hərəkətin daha rahat təşkilinə töhfə verəcəyi gözlənilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












