Bakıda daha bir küçə piyadalaşdırılır; hansı yeniliklər olacaq? - FOTO

Bakıda elə küçələr var ki, təbiətən piyada zonası üçün daha uyğun olsa da, illərdir avtomobil sıxlığına görə insanlardan uzaq qalıb. Bu küçələrdə nəqliyyat vasitələrinin hərəkəti və dayanması piyada rahatlığını tamamilə məhdudlaşdırır.
Avtosfer.az xəbər verir ki, belə küçələrdən biri də yaxın günlərdə tamamilə piyadalaşdırılması nəzərdə tutulan İslam Səfərli küçəsidir. Layihəyə əsasən, bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, küçə yalnız piyadaların istifadəsinə veriləcək.
Küçənin piyadalaşdırılması həm ekoloji, həm də sosial baxımdan müsbət nəticələr verəcək. Burada gəzinti zonalarının, açıq havada oturacaqların, ictimai-iaşə obyektlərinin və istirahət guşələrinin yaradılması nəzərdə tutulur. Bu, şəhər sakinlərinin və turistlərin mərkəzi küçələrdə daha çox vaxt keçirməsinə imkan yaradacaq.
Qeyd edək ki, son illərdə Bakının mərkəzi hissəsində bir sıra küçə və meydanların piyadalaşdırılması layihəsi həyata keçirilib. Bu prosesin davam etdirilməsi şəhərin ekoloji mühitinə, səkilərdə hərəkət rahatlığına və ümumilikdə paytaxtın turizm potensialına müsbət təsir göstərəcək.
Yaxın günlərdə İslam Səfərli küçəsində piyadaların rahat hərəkəti üçün işlərə başlanacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO














