Bakıda dələduzluqda təqsirləndirilən şəxsə daha bir hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2015-ci ilin mart ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rauf adlı şəxsin Sabunçu rayonunun Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlər əsasında başqa şəxslərə satması barədə müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf Məmmədovun həqiqətən Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək, həmin ərazinin guya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilkin olaraq 5 min manat məbləğində pul alması müəyyən edilib. Tərəflər qalan məbləğin əvəzində Sərxan Qəhrəmanova məxsus avtomobilin R.Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər. Qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev, həmçinin İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıblar. M.Nağıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluqda, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onun digər dələduzluq əməli üzə çıxıb və M.Nağıyevin barəsində yenidən ittiham irəli sürülüb.
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










