Bakıda dəmir yolunda qətl törədən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Bakıl şəhər sakini Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror Sənan Əzimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə Sənan Əzimov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, bu ilin fevral ayında Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində - dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Polejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. S.Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












