Bakıda dünya limanlarının toplantısı keçirilir

Bakıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşkilatçılığı və Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) dəstəyilə “Gələcəyin Limanları: Qovşaqların Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adlı konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla, dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq limanın, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri iştirak edirlər.
Həmçinin Dünya Limanları Konfransına “DP World”un sədri və icraçıı direktoru Sultan Əhməd bin Suleyem, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar qatılıblar
Tədbir çərçivəsində Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanın çıxışı, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohanas Hanın video-müraciəti gözlənilir.
Qeyd edək ki Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanları Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdir. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.
Konfrans mayın 11-dək davam edəcək.
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR








