Bakıda əsas yollardan biri bağlanır

Aprel ayının 21-i gecə yarısından etibarən Sabunçu körpüsündən Olimpiya stadionuna qədər olan yol asfalt örtüyünün yenilənməsi səbəbindən bir müddətlik bağlanacaq. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov paytaxtın Sabunçu, Zabrat, Maştağa, Pirşağa kimi tanınan ərazilərindən şəhərin mərkəzinə doğru Bakı Olimpiya Stadionunun yanı ilə hərəkət edən sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb: “Sürücülər üçün alternativ yol kimi şəhərin mərkəzinə doğru düzünə, həmin körpü ilə Bakıxanov qəsdəbəsindən keçməklə, Nizami rayonu vasitəsilə istənilən istiqamətə nəzərdə tutulub. Və yaxud həmin yoldan gələnlər Sabunçu körpüsü ilə aeroport istiqamətində hərəkət edib Suraxanı, eləcə də hava limanının yanındakı körpüdən beton yola keçməklə Zığ və yaxud Xətai rayon istiqamətində hərəkət edə bilərlər”.
Emin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













