Bakıda evakuator sürücüsü qaydaları belə pozur - VİDEO

Bakıda daha bir evakuator sürücüsü kobud qayda pozuntusuna yol verib. Sürücü kiçik tutumlu nəqliyyat vasitələri üçün nəzərdə tutulan evakuatorun yedəyində yük maşını aparır. Həmin anı şahidi olan sürücülərdən biri çəkərək votsap nömrəmizə göndərib. Başqa bir kadrda isə minik maşını özündən böyük yük aparır. Minik avtomobilləri üçün nəzərdə tutulan evakuator özündən xeyli böyük yük aparır. Üstəlik, avtomobillərin sürətlə hərəkət etdiyi yolda orta zolaqla gedir. Sürücünün ani diqqətsizliyi və ya yanlış manevri hər an böyük faciəyə səbəb ola bilər. Kadrlar Bakı-Sumqayıt yolunda lentə alınıb. Evakuator xidmətinin sürücüsü kobud qayda pozuntusuna yol verərək, kiçik tutumlu yük avtomobilləri üçün nəzərdə tutulan maşında özündən böyük avtomobil aparır. Kadrları izləyən yol hərəkəti üzr ekspert Elməddin Muradlı deyir ki, hər bir evakuatorun yük götürməsi ilə bağlı texniki göstəriciləri var. Görüntülərdən aydın görünür ki, evakuatorun sürücüsü birbaşa yükdaşıma qaydalarını pozub. Bənzər bir görüntünü sürücülərdən biri Badamdar qəsəbəsi ərazisində çəkib. Burada da minik avtomobilinin sürücüsü yükdaşıma qaydalarını kobud çəkildə pozub. Bu azmış kimi o, hətta sürətini artıraraq digər avtomobillərin yanından ötmə hərəkəti də edir. Ekspert deyir ki, bu cür nəqliyyat vasitələri kameralar vasitəsi ilə aşkar edilməli və dərhal həmin ərazidə xidmət aparan yol polisinə deyilməlidir. Bundan sonra həmin nəqliyyat vasitəsi yol hərəkətindən kənarlşdırılmalıdır. Qeyd edək ki, belə olduqda həmin sürücü İnzibati Xətalar Məcəllsinin müvafiq maddəsi il 40 manat məblğində cərimə oluna bilər.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












