Bakıda evdən 5000 dollar və 10 000 manatlıq qızıl əşyalar oğurlanıb - FOTO

Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10 000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci polis şöbəsinə məlumat verib. Şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə məlumat verə bilərlər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
















