Bakıda evli qadın onu intim fotolarla şantaj edən eks-sevgilisini bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun məhkəməsi keçirilib. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E. İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş qadın isə onu şantaj edən keçmiş sevgilisinə yüngül cəza verilməsini istəyib: "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz həccə göndərib. Amma mən yaşadıqlarımı da unutmamışam. Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. Amma indi fikirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. İndi Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm". Proses sentyabrın 26-da davam etdiriləcək. İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












