Bakıda faciə: fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Bakıda hündürmərtəbəli binanın tikintisi zamanı xəsarət alan şəxs dünyasını dəyişib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Rayon ərazisində “Mahal” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin tikintisi zamanı dəmir-beton işləri aparan fəhlə, 1991-ci il təvəllüdlü Məmmədov Azər Tehran oğlu yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










