Bakıda güclü yağış: 8 avtomobil dağıntılar altında qalıb, 2 evə ziyan dəyib - VİDEO

İntensiv yağan yağış paytaxtın bəzi ərazilərində uçqunlara səbəb olub. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobillərinə və 1 mənzilə ciddi ziyan dəyib. Hadisənin fəsadlarının aradan qaldırılması zamanı polis əməkdaşları fəal iştirak ediblər. Avtosfer.az-ın məlumatına görə, Bakıya yağan güclü yağış zamanı polis əməkdaşları da operativ və təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejmində çalışıblar. Polis əməkdaşı xidməti avtomobildən düşərək yoldakı kanalizasiya lükünün ağzını açıb. Nəticədə yola yığılan su sürətlə boruya tökülməyə başlayır. Uçqun baş verən əraziyə isə polislər tərəfindən təhlükəsizlik lentləri çəkilib. Məqsəd baş vərə biləcək növbəti uçqun zamanı insan tələfatının qarşısını almaqdır. Yağan yağışlar zamanı ən böyük uçqun Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında qeydə alınıb. Uçqun zamanı 5 avtomobilə ciddi ziyan dəyib. Tbilisi prospekti 50 ünvanında yol çöküb. Çökməyə əsas səbəb kimi sözügedən ünvanda tikilməkdə olan yaşayış binasının yola həddindən artıq yaxın olması göstərilib. Başqa bir uçqun hadisəsi isə Yasamal rayonu, Qırmızı Şərq küçəsində qeydə alınıb. Burada isə 3 avtomobilə ciddi ziyan dəyib. Bənzər hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində də baş verib. Ərazidə məktəbin hasarı minik maşınının üstünə aşıb. Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi dalan 15 ünvanında isə yaşayış evinin divarı uçub. Nəticədə evə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə aidiyyati qrumların əməkdaşları gəlib. Metronun "Nizami" stansiyasının qarşısındakı yaşayış binasının isə eyvanı uçub. Hadisə baş verən zaman xoşbəxtlikdən heç kim xəsarət almayıb. Buna baxmayaraq, ərazi polislər tərəfindən dərhal təhlüksizlik lentləri vasitəsi ilə bağlanılıb, insanların girişinə qadağa qoyulub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












