Bakıda hazırda ödənişli zona var; gələcəkdə isə bu zonalar ödənişli olacaq - EKSPERT AÇIQLADI

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.
Fonddan bir sıra gözləntilər var. Onlardan biri də tıxac probleminin aradan qaldırılması ilə bağlıdır. Yeri gəlmişkən, bundan sonra Bakı daxilində ödənişli yollar da olacaq.
Bəs bu zonalar hansı funksiyaları daşıyacaq? Şəhərdə nəyə xidmət edəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu zonalar tıxacın qarşısını almaq üçün hər hansı ciddi bir rol oynamır:

“Kimin imkanı varsa, alternativ olaraq pul ödəyib başqa yollardan, başqa zonalardan keçməsinə şərait yaranacaq. Ödəniş edə bilənlər alternativ variantlardan istifadə edə biləcək. Bu həm də bəzi zonalara girişlərin ödənişli olması məsələsidir.
Məsələn, hazırda bunun praktik nümunəsi var: İçərişəhər. Ora avtomobillə daxil olanda ödəniş edirsiniz. Ola bilsin ki, gələcəkdə, məsələn, “Tarqovı” ətrafındakı küçələr də bu formada olsun.
Amma bunun müəyyən mexanizmləri hazırlanmalıdır. Çünki biz ora girəndə onsuz da parklanma üçün pul ödəyirik. İndi isə həm giriş, həm də parklanma üçün ayrıca ödəniş ediləcəkmi, yoxsa necə olacaq? Bu məsələlər hələ açıq qalır.
Bu məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəhbərliyi ilə müzakirə olunub. Bildirildi ki, məsələ ictimai müzakirəyə çıxarılacaq, ekspertlər də dəvət olunacaq. Biz də bu müzakirələrdə iştirak edib təkliflərimizi verəcəyik ki, bu məsələ hansı formada həllini tapacaq, necə tənzimlənəcək”.
Ekspert əlavə edib ki, Prezidentin fərmanında 3 ay müddət qoyulub, qeyd olunan məsələlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanması tapşırılıb:
“AYNA prosesdə iştirak edir. Biz də müzakirələrdə iştirak edib məsələni ətraflı təhlil edəcəyik. O zaman dəqiq bilinəcək ki, söhbət zonalardan gedir, yoxsa yollardan. Bir var ödənişli yol dünyanın bir çox ölkələrində bu təcrübə var, Azərbaycanda da mövcuddur. Məsələn, magistral yola daxil olursan, ödəniş edirsən və Rusiyanın sərhədinədək gedə bilirsən. Bir də var paytaxtın bəzi mərkəzi küçələri. Bu halda küçəyə daxil olmaq, orada avtomobil idarə etmək ödənişli ola bilər.

Bu isə bir qədər uyğun variant deyil. Zona olaraq qəbul oluna bilər, amma küçəni bağlayıb keçidi pullu etmək yaxşı qarşılanmaya bilər. Ümumilikdə məsələyə müzakirələrdən sonra baxılacaq və qərar veriləcək.
Hazırda məsələ tam dəqiqləşməyib. Bu, sadəcə təkliflərdir. İrəli sürüləcək və yekun nəticə hökumətə təqdim olunacaq, cənab Prezidentə çatdırılacaq, təkliflərdə öz əksini tapacaq”.
Elməddin Muradlı sonda qeyd edib ki, AYNA rəhbərliyi ilə bu məsələ bir dəfə onlayn, bu gün isə canlı görüşdə müzakirə olunub:
“Təkliflərimizi vermişik və prosesin sürətlə həyata keçirilməsi üçün bir çox ölkənin təcrübəsi öyrəniləcək. İnsanların narazılığına səbəb olmayacaq addımlar atılacaq. Bu konkret zonalardır və həmin zonalara giriş pullu ola bilər. Bu, heç kim üçün ciddi problem yaratmayacaq. İmkanı olan daxil olacaq, olmayan isə avtomobilini kənarda saxlayacaq. Burada əsas hədəf ictimai nəqliyyatla bağlıdır”.
Eltac Zülfüqaroğlu
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











