Bakıda heroin satmaq istəyən keçmiş məhkum saxlanılıb - FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Belə ki, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













