Bakıda hündürmərtəbəli yaşayış binası çökür - VİDEO

Bakıda 1980-ci illərdə tikilən 16 mərtəbəli yaşayış binasının olduğu ərazidə torpaq qatı çöküb. Avtosfer.az xəbər verir ki, nəticədə 16 mərtəbəli binanın sütunlarından biri çökərək bina divarından aralanıb. Məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi İbrahim Məmmədov 2-A küçəsində baş verib.Torpağın çökməsi özünü binanın sütünunda və ətrafında büruzə verib. Ərazidə çəkiliş zamanı binanın bir sütununun qoparaq aşağı düşməsinin, eləcədə ərazidə çatların yarandığının şahidi olduq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin dəstə rəisi Rafiq Həsənov problemə münasibət bildirərək deyib ki, əməkdaşlar tərəfindən həmin əraziyə baxış keçirilib. Həqiqətən də torpağın təxminən 20 sm. çökməsi nəticəsində sütunun binadan qoparaq aşağı düşməsi faktı aşkarlanıb. Qurum rəsmisi qeyd edib ki, çat binanın əsas sütununda yox, fasad hissəsində təmir aparılarkən quraşdırılan köməkçi sütunda yaranıb.
Rafiq Həsənov Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq nəzarətdə saxlanılması üçün 11 mayak quraşdırılığını açıqlayıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.
Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9" ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












