Bakıda iki nəfər silahlı şəxs saxlanılıb - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI















