Bakıda iranlı tələbəni öldürən şəxslər apellyasiya şikayəti veriblər

Bakıda iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkdə təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidova barələrində olan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 15-nə təyin edilib. Şikayət hakim Elman Əhmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib. Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Babaverdiyev 20 il, Y.Camallı 20 il, P.Əlməmmədov 14 il, Z.Dünyamalıyev 12 il, C.Talıblı 20 il və R.Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub. Ev dustaqlığında olan R.Seyidova isə məhkəmə zalından həbs edilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












