Bakıda iş adamına qarşı quldurluq edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb.
Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürüb.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












