Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb.
*** 13:32
Bakıda çoxmərtəbəli iş mərkəzində başlayan yanğın məhdudlaşdırılıb. Hələlik yanğını tam söndürmək mümkün olmayıb.
*** 13:19
Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli iş mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
*** 13:10
Bakıdakı çoxmərtəbəli iş mərkəzində başlayan yanğın binanın aşağı mərtəbələrinə doğru yayılıb.
Hələlik yanğının qarşısını almaq mümkün olmur. Hadisə yerinə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.
*** 12:46
Yanğın getdikcə güclənir və binanın xeyli hissəsinə yayılıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Yanğın yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.
*** 12:33
Bakıda çoxmərtəbəli iş mərkəzində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğn binanın orta mərtəbələrində başlayıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












